İnsanlara hürriyət, millətlərə istiqlal!

Separatçı Beqlaryan Azərbaycan işığına “kor oldu”

Bir neçə dəqiqə əvvəl Xankəndidə işıqlar yandırıldı.

Musavat.com erməni mediasına istinadən bildirir ki, bunu Qarabağdakı keçmiş oyuncaq qurumun qondarma “dövlət naziri” Artak Beqlaryan sosial şəbəkələrdə yazıb. Elektrik enerjisinin bərpa olunduğunu etiraf edən separatçı işığın Azərbaycan dövləti tərəfindən bərpa edildiyini etiraf etməyib və həqiqətə, reallığa bu dəfə də kor olub. “Bu, insanların əziyyətini azaltmaq üçün mühüm addımdır. Sentyabrın 19-dan şəhər işıqsız qalmışdı”- Beqlaryan yazıb.

Ermənistan mediası isə daha obyektiv mövqe tutaraq Azərbaycanın Xankəndini elektrik enerjisi ilə təchiz etdiyini yazıb.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

02 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR