İnsanlara hürriyət, millətlərə istiqlal!

SEPAH rəsmisindən etiraf: “Əxlaq polisini yığışdırmalıyıq” - FOTO

İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələrinin keçmiş komandanı Hüseyn Əlayi əxlaq polisinin fəaliyyətinə münasibət bildirib.

Bu barədə “Azad İran” “Telegram” kanalı məlumat verib.

“Xalq hökumətin onun işlərinə qarışmasını sevmir. Nə geyinirlər, nə geyinmirlər, nə edirlər, insanlar kazarma əsgərləri deyil ki, onlar üçün hər şeyə qərar verəsən”, - deyə Hüseyn Əlayi bildirib.

“İnsanlar hansısa aviaşirkətdə işləsə, o zaman oradakı rəhbərlik deyə bilər ki, mənə xidmət edirsən, dediyim kimi geyinməlisən. Fikrimcə, hökumət və idarəedici orqanlar insanların həyat tərzinə qarışmasalar, onları incitməsələr və onlara öz həyatları üçün danışmağa imkan versələr, bir çox problemlər həllini tapar”, - deyə o əlavə edib.

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR