İnsanlara hürriyət, millətlərə istiqlal!

SEPAH-ın daha bir saxtakarlığı İFŞA olundu - O video əslində... 

Bir neçə gündür ki, İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) mediası Azərbaycanın öz ərazilərində antiterror əməliyyatı aparacağından əndişələnir. Bu əndişə səbəbindən ölkəmizi təhdid edir, müxtəlif videoroliklər (cizgi filmi) çəkib, "bu gün gəlirik", "Sabah gələcəyik" tipli sərsəm mesajlar verirlər.

Xəbər verdiyimiz kimi, ötən gün SEPAH-ın "Telegram" kanalı İran və Ermənistanın Azərbaycanla gözlənilən müharibə mövzusunu qızışdıraraq, milli azlıqlar amilindən istifadə etməyə çalışıb. Lakin, bütün işlərdə olduğu kimi, burada da saxtakarlığa yol verib, sözün əsl mənasında özlərini yenə biabır ediblər.

Belə ki, kanalda yayılan videorolikdə Ermənistanla sərhəddə xidmət edən əsgərlər guya talış dilində danışırlar: "İranla müharibə - bizim müharibəmiz deyil. İran - bizim vətənimizdir".

Kanal təhdid edir ki, əgər talışlar İranla müharibəyə məcburi göndərilərsə, onlar öz silahlarını Azərbaycan Prezidentinin iqamətgahına tuşlayacaqlar.

Musavat.com həmin videonun əslini və saxta variantını təqdim edir. 

Videonun əsli:

Saxta variant: 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR