Onlayn ictimai-siyasi qəzet
“İran Zəngəzur dəhlizi məsələsində öz mövqeyində möhkəmdir və güzəştə getmək niyyətində deyil”.
Musavat.com Gunaz.Tv-yə istinadən bildirir ki, bu sözlər SEPAH-ın rus dilində yayımlanan Telegram kanalında yazılıb.
Paylaşımda İranın mövqeyini qorumaq üçün öz gücünü göstərmək əzmində olduğu barədə təhdid dolu ifadələr işlənib.
“Regional güc kimi İran onilliklər ərzində, o cümlədən Səddam Hüseyn rejiminə qarşı müharibədə qalib gələrək, möhkəmliyini sübut edib. İran açıq şəkildə göstərdi ki, heç bir xarici qüvvə - istər siyasi, istərsə də hərbi təzyiq olsun - onun təsirini zəiflətməyə qadir deyil.
İranın maraqlarından yan keçərək, regional tarazlığı pozmağa yönəlmiş istənilən cəhdlər güclü müqavimətlə qarşılanacaq və ölkə bütün siyasi və strateji məsələlərdə öz mövqelərini müdafiə etməyə davam edəcək”, - sözügedən bəyanatda deyilir.
Qeyd edək ki, Rusiya hökumətinin Zəngəzur dəhlizinin açılması ilə bağlı mövqeyi İran tərəfinin narahatlığına səbəb olub.
İranın hökumət mediası rəsmi Moskvanı hədəf alıb, Rusiyanı İrana xəyanətdə günahlandırıb.
Musavat.com
22 Noyabr 2024
21 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ