İnsanlara hürriyət, millətlərə istiqlal!

SENSASİYA: Şahramanyandan DTX-yə zəng: Bakı bu təklifi RƏDD ETDİ - Üzeyir Cəfərovla CANLIda

Qarabağ separatçılarının sonuncu “rəhbəri” Samvel Şahramanyan sentyabrın 19-da lokal antiterror tədbirləri zamanı atəşkəs üçün Azərbaycan Dövlət Təhlükəsizliyi Xidməti ilə əlaqə saxlayıb.

Bu barədə Ermənistanın “Joğovurd” nəşri yazıb. Bildirilir ki, Şahramanyan Azərbaycan tərəfini separatçı rejimin sabiq “müdafiə naziri” Samvel Babayan və Təhlükəsizlik Şurasının sabiq “katibi” Vitali Balasanyanla danışıqlara dəvət edib.

Rəsmi Bakı bu variantları rədd edərək, Qarabağdakı separatçı rejimin ləğvini israrla tələb edib. Qeyd edək ki, antitteror tədbirlərindən sonra separatçılar təslim olub. Bundan sonra Azərbaycanın Qarabağ bölgəsindəki qondarma qurum özünü buraxdığını elan edib.

Xatırladaq ki, Azərbaycanın hüquq-mühafizə orqanları Qarabağda qondarma qurumun “prezidentləri” olmuş Arkadi Qukasyan, Bako Saakyan, Araik Arutyunyan, eləcə də “parlament sədri” David İşxanyan, generallar Lyova Mnatsakanyan, David Manukyan və keçmiş “dövlət naziri” Ruben Vardanyanı həbs edərək Bakıya gətirib.

Bu və gündəmdəki bir çox xəbərləri bu gün saat 11.30-da aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində izləyə bilərsiz. Qonağımız hərbi ekspert Üzeyir Cəfərovdur. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.

Facebook səhifəsinin ünvanı:

https://www.facebook.com/NewMusavat


Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/user/TVmusavat

 

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR