İnsanlara hürriyət, millətlərə istiqlal!

SENSASİYA! İranla Azərbaycan arasında hərbi münaqişə başlayarsa... - fond rəhbəri DƏHŞƏTLİ SSENARİNİ AÇIQLADI

"Türkiyə mütləq Gürcüstandan Azərbaycan ordusuna dəstək vermək üçün qoşunlarının buraxılmasını tələb edəcək"

Musavat.com xəbər verir ki, bu sözləri Gürcüstanda fəaliyyət göstərən Rondeli Fondunun rəhbəri Kaxa Qoqolaşvili deyib.

O hesab edir ki, İranla Azərbaycan arasında hərbi münaqişə başlasa, Tiflis çətin seçim qarşısında qalacaq.

Qoqolaşvilinin sözlərinə görə, Türkiyə mütləq Gürcüstandan Azərbaycan ordusuna dəstək vermək üçün öz qoşunlarının keçməsinə icazə verməsini tələb edəcək.

O qeyd edib ki, Gürcüstan Türkiyə və Azərbaycana kömək etsə, İran, Ermənistan və Rusiya ilə problemləri olacaq.

İran-Azərbaycan dialoqu və onun tərkib hissələri... - GENİŞ TƏHLİL

“İranla Azərbaycan arasında hərbi münaqişə başlayarsa (bunun üçün kifayət qədər səbəblər var), Türkiyə bizdən mütləq Azərbaycan ordusuna dəstək vermək və hava məkanından istifadəni təmin etmək üçün öz qoşunlarının keçməsinə icazə verməyimizi istəyəcək. Türkiyə və Azərbaycana kömək etsək, dərhal İran, Ermənistan və Rusiya ilə problemimiz olacaq. İran hətta bizim dəmir yollarımızı və avtomobil yollarımızı pilotsuz təyyarələr və raketlərlə hədələyə bilər”, - deyə gürcü ekspert bildirib.

Fond rəhbəri qeyd edib ki, Gürcüstan Türkiyə və Azərbaycandan imtina etsə, Tiflisin bu iki strateji tərəfdaşla problemləri olacaq. İsraillə və ola bilsin ki, ABŞ-la problemlərin yaranması da mümkündür.

“Rusiya da Zəngəzur dəhlizini qorumaq üçün Ermənistana dəhlizdən keçmək istəyəcək. Üstəlik, 2020-ci il müqaviləsinə (Qarabağda atəşkəs) əsasən bunu etməyə borcludur. Mən heç nəyi sübut etməyə çalışmıram. Sadəcə, güman edirəm ki, biz tərəf seçməli olacağıq, çünki bu vəziyyətdə artıq tarazlıq saxlamaq mümkün deyil. Bəlkə də indi Türkiyədən və Qərbdən hərbi yardım istəmək və arzuolunmaz ssenariyə daha yaxşı hazırlaşmaq daha yaxşıdır”, - Qoqolaşvili sözlərinə əlavə edib.

Mənbə: haqqin.az

Toğrul İSMAYIL,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

21 Yanvar 2025

BÜTÜN XƏBƏRLƏR