İnsanlara hürriyət, millətlərə istiqlal!

SENSASİYA! ABŞ hər şeyi əvvəlcədən bilirmiş - Priqojin hərəkətə keçəndə...

“ABŞ casusları Priqojinin iyunun ortalarında Rusiyada silahlı aksiya planlaşdırdığını bilirdilər”.

Musavat.com xəbər verir ki, bu iddia “Washington Post” qəzetinin məlumatında yer alıb.

Məlumata görə, ABŞ kəşfiyyatı dərhal Ağ Evə və digər dövlət qurumlarına məlumat verib.

Başqa sözlə, ABŞ nə olacağını öncədən bilirib.

Anonimlik şərti ilə danışan bir ABŞ rəsmisi deyib: “Rəhbərliyə nəyinsə baş verdiyini bildirmək üçün kifayət qədər siqnallar var idi”.

Adı məxfi saxlanan məmur son iki həftə ərzində Rusiya prezidenti Vladimir Putinin hakimiyyətdə qalıb-qalmayacağı və hər hansı qeyri-sabitlik səbəbindən Rusiyanın nüvə arsenalına nəzarətlə bağlı "yüksək narahatlıq" olduğunu deyib.

“New York Times” da kəşfiyyat mənbələrinə əsaslanan xəbərində "Vaqner" və onun lideri Priqojinin bu cəhdi barədə ABŞ rəsmiləri məlumatlandırılıb, səlahiyyətlilərə Priqojinin hərəkətə keçməyə hazırlaşdığı barədə məlumat verilib.

Məlumata görə, Pentaqon əvvəlcə bu addımın Moskvanın nüvə silahı arsenalına nəzarətə necə təsir edəcəyi ilə bağlı narahatlığını bildirib.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Oktyabr 2024

05 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR