İnsanlara hürriyət, millətlərə istiqlal!

SENSASİON İDDİA: Onların arasında Türkiyə də var

"ABŞ Almaniya, İtaliya, Belçika, Türkiyə və Niderlandda gizli şəkildə 150-yə yaxın nüvə başlığı yerləşdirib".

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə Nüvə Silahlarının Ləğv Edilməsi üzrə Beynəlxalq Kampaniyanın (ICAN) siyasət və araşdırma koordinatoru Alisia Sanders-Zakre bildirib.

"Bİrləşmiş Ştatların nüvə silahlarının Avropada yerləşdirilməsi ilə bağlı hər hansı təsdiq və ya təkzib yoxdur. Lakin amerikalıların Avropanın 5 ölkəsində (ABŞ) yeni nüvə silahları olduğunu bilirik", - deyə Sanders-Zakre qeyd edib.

Onun sözlərinə görə, ICAN Avropada nüvə silahının yerləşdirilməsindən narahatdır.

Xatırladaq ki, bu günlərdə Belarus prezidenti Aleksandr Lukaşenko nüvə silahının tətbiqində tərəddüd göstərməyəcəklərini bəyan edib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR