Onlayn ictimai-siyasi qəzet
Rusiyanın məşhur dissident müxalifçtisi, yumorist, Putin rejiminin qatı əleyhdarı Viktor Şenderoviç Gürcüstana buraxılmayıb.
Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu gün onun Tiflisdə konserti keçirilməli imiş. Gürcü rəsmiləri yazıçını İsrailə geri dönməyə məcbur ediblər.
Qeyd edək ki, Rusiyada Şenderoviç “xarici agent” statusuna malikdir.
Bundan əvvəl Ukraynayönlü rus fəalları Vilnüsdə Şenderoviçə hücum edib, Londonda isə universitet kolleci onun çıxışını yasaqlayıb.
Maraqlıdır ki, Şenderoviçə yönəlik təzyiqlər həm rusiyapərəst, həm də ukraynayönlü qüvvələr tərəfindən həyata keçirilir. Birincilər onun anti-müharibə mövqeyindən, ikincilər isə onun Ukraynaya rəğbət bəsləyən rusları tənqid etməsindən narazıdırlar.
Musavat.com
08 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ