İnsanlara hürriyət, millətlərə istiqlal!

Şenderoviç: “HƏMAS-ın İsrail hücumunda Rusiyanın əli var”  

“Putin palçıqlı suda balığını çox məharətlə tutur. İsrailin HƏMAS-la müharibəsindən ən çox Putin faydalanır”.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu iddia rusiyalı müxalif publisist Viktor Şenderoviç tərəfindən səslənib.

“Əsir götürülən HƏMAS komandirlərindən biri İsrailə hücuma bir ildən artıqdır ki, hazırlıq getdiyini etiraf edib. Bu, HƏMAS rəhbərinin ötən ilin sentyabrında Moskvaya səfəri ilə üst-üstə düşür. İsrailə hücumda “rus qulaqları” görünür”,-deyə Şenderoviç iddiasını bununla əsaslandırıb.

“Bunun sözün əsl mənasında nə dərəcədə Rusiya, yaxud birbaşa İran, və ya ümumiyyətlə, onların birgə təşkilatçılığı ilə həyata keçirildiyini bilmirəm. Lakin tam əmin olduğunuz halda şübhələnməyə belə gərək yoxdur. İndiki Rusiya Primakov siyasətinin varisidir. Təbii ki, bütün bu olanlar, Putinin xeyrinədir, çünki diqqət Ukraynadan İsrailə yönəlib. O adam palçıqlı suda balıqlarını çox məharətlə tutur”,-deyə o bildirib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR