İnsanlara hürriyət, millətlərə istiqlal!

"Sən kimsən Azərbaycanın daxili işlərinə qarışırsan?" - Politoloqdan Lavrova SƏRT SÖZLƏR

"Azərbaycan tərəfi Rusiya Xarici İşlər və Müdafiə Nazirliyinin açıqlamaları ilə bağlı lazımi tədbirlər görməlidir. İlk növbədə diplomatik yolu sınaqdan keçirmək lazımdır. Çünki bundan öncə Rusiyanın Müdafiə Nazirliyi də Qarabağda baş verənlərlə bağlı çox sərsəm bir bəyanat verdi. Moskva ən azından 10 noyabr 2020, 11 yanvar 2021 və 22 fevral 2022-ci ildə Rusiya Prezidentinin imzaladığı bəyanatlara hörmət etməli idi".

Bunu Publika.az-a açıqlamasında politoloq Cümşüd Nuriyev deyib.

Politoloq bildirib ki, Rusiya sülhməramlı qüvvələri bu günə qədər 10 noyabr 2020-ci ildə imzalanan bəyanatın 4-cü bəndinə əməl etməyib: "Əksinə, həmin bəndin müddəalarını dəfələrlə pozublar. Müqaviləyə əsasən Qarabağda 1960 rus sülhməramlıları olmalı idi. Onlar bu rəqəmi haradasa 8 minə çıxarmışdılar. Onlardan 5 min nəfərə qədəri Ukraynadakı müharibə ilə bağlı aparılıb. Əsasən istehlakçılar və tibbi personal gedib. Bundan həvəslənən ermənilər də əl-ayağa düşüblər. Eyni zamanda, Rusiya Ukraynadakı uğursuzluğunu sığortalamaq istəyir. Rusiyanın daxili auditoriyasına işləmək üçün bu cür sərsəm bəyanatlar verirlər. Rusiya Müdafiə Nazirliyinin bəyanatına Azərbaycan Müdafiə Nazirliyi cavab verdi. Mənə elə gəlir ki, Sergey Lavrovun açıqlamasına Leyla Abdullayeva səviyyəsində yox, Azərbaycanın Xarici İşlər Naziri və ya Prezidentin köməkçisi Hikmət Hacıyev cavab versə, yaxşı olardı. Çünki o, daha peşəkardır. Eyni zamanda, artıq onun söylədiyi fikir daha yüksək ranqlı dövlət məmurunun fikridir".

Cümşüd Nuriyevin qənaətincə, Sergey Lavrova bir sıra məqamları xatırlatmaq lazımdır: "Bildirilməlidir ki, Azərbaycan imzalanan bütün sənədlərə əməl edir. Digər tərəfdən, Azərbaycan dəfələrlə bəyan etsə də, Lavrov yenə də təxribatla məşğuldur. Daha çox ermənilərin marağına uyğun çıxışlar edir. Bu insan erməni kökənlidir deyə ancaq ermənilərin maraqlarından danışmamalıdır. Rusiyanın dövlət maraqları da var. Moskva bu barədə fikirləşməlidir. Onun baş naziri, xarici işlər naziri ermənidir. Eyni zamanda, Azərbaycan Rusiyadan tələb etməlidir ki, 10 noyabr 2020-ci ildə imzalanan bəyannamədən irəli gələn şərtlər yerinə yetirilmədiyinə görə Azərbaycan Qarabağda antiterror əməliyyatları keçirmək hüququnu özündə saxlayır. Biz əvvəl-axır bunu etməliyik. Artıq "Azəriqaz" Qarabağın qaz təchizatını növbəti iki gün ərzində həyata keçirəcək. "Azərenerji" və "Azərsu" da həmin addımı ata bilər. Yəni Qarabağdakı ermənilər bizim vətəndaşlarımızdır. Azərbaycan Ordusunun Qarabağdakı qanunsuz erməni silahlı birləşmələrinə qarşı kiçik bir addımı təkcə Rusiyanı yox, Yunanıstanı da hərəkətə gətirib. Bəyanatlar verirlər. Sən kimsən Azərbaycanın daxili işlərinə qarışırsan?! Fransa, ABŞ narahat olduğunu deyir. Azərbaycan bütün bunlara son qoymalıdır. Biz beynəlxalq təşkilatların diskriminasiyasına uğrayırıq. 44 günlük mühasirədə də, ondan sonra da bunu müşahidə etdik. Azərbaycan-Rusiya qarşıdurması yaratmaq istəyirlər. ABŞ, Fransa və digərləri ilk olaraq oyuna saldıqları Ukraynanı bəladan qurtarsınlar".

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR