İnsanlara hürriyət, millətlərə istiqlal!

Şəmkirdə oğrular, avaralar və dilənçilər saxlanılıb

Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki mağazadan oğurluq etməkdə şübhəli bilinən, avara və dilənçiliklə məşğul olan şəxslər saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Musavat.com-a verilən məlumata görə, araşdırmalar zamanı məlum olub ki, Yevlax şəhər sakinləri Mahmud Nadirov, Nəriman Nadirov, Ofeylya Nadirova və Südabə Əliyeva inşaat mağazasında satıcının diqqətini yayındırmaqla elektrik naqillərini oğurlayıblar. Hazırda M. Nadirov və S. Əliyevanın yerinin müəyyən olunması istiqamətində tədbirlər davam etdirilir.

Bundan başqa şöbə əməkdaşlarının keçirdikləri digər tədbirlər nəticəsində Şəmkir və Ağstafa rayonlarında vətəndaşlardan pul xırdalamaq adı ilə dələduzluq etməkdə şübhəli bilinən Arzu Puşkaryov da saxlanılıb.

Faktlarla bağlı araşdırmalar davam etdirilir.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR