İnsanlara hürriyət, millətlərə istiqlal!

Səmərqənddə hovuz qırağında rəqs edən qızlar QİÇS-ə görə yoxlanılacaq (VİDEO)

Sosial şəbəkələrdə Səmərqənddə akvaparkın açılışında açıq-saçıq rəqsi əks etdirən video yayılıb.

Musavat.com uznews.uz-a istinadən xəbər verir ki, qızların davranışı ictimaiyyəti hiddətləndirib, polis yoxlamaya başlayıb.

Səmərqənd polisi bu hadisəyə münasibət bildirib.

Məlum olduğu kimi, iyunun 16-da Səmərqənd rayonunda yerləşən “Babilon” akvaparkının rəhbərliyi mövsümün açılışı münasibətilə şənlik təşkil edərək, iki minə yaxın qonaq dəvət edib.

“Tədbir zamanı çimərlik geyimində olan bir qrup rəqqasə ictimai yerdə davranış qaydalarını pozaraq açıq-saçıq rəqslər ediblər”, - məlumatda deyilir.

Bildirilir ki, rəqs edən qızların dəri və zöhrəvi xəstəliklərinin olub-olmadığı yoxlanılır, onların qanı QİÇS və İİV-ə qarşı müayinə üçün götürülür.

Qəzet yazır ki, bu faktla bağlı tərtib edilmiş sənədlər məhkəməyə təqdim edilib.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR