Onlayn ictimai-siyasi qəzet
Bir müddət əvvəl müəllim kollektivi tərəfindən etirazla qarşılanan Şəki rayon Cəfərabad kənd tam orta məktəbinin direktoru işdən çıxarılıb.
Musavat.com xəbər verir ki, bu barədə “Qafqazinfo”ya Şəki-Zaqatala Regional Təhsil İdarəsindən məlumat verilib.
Bildirilib ki, Regional Təhsil İdarəsinin əməkdaşları tərəfindən məktəbdə araşdırma aparılıb və bir sıra nöqsana yol verildiyi aşkara çıxarılıb: “Müvafiq tədbirlərin görülməsi üçün Elm və Təhsil Nazirliyinə aparılmış araşdırmanın nəticələri təqdim olunub. Elm və təhsil nazirinin müvafiq əmrinə əsasən, məktəbin direktoru Salamov Rahim Elxan oğlu ilə bağlanmış əmək müqaviləsinə xitam verilib”.
Qeyd edək ki, ötən həftə sosial şəbəkədə Şəki rayon Cəfərabad kənd tam orta məktəbinin müəllimlərinin məktəb direktoruna etirazı ilə bağlı video yayılmışdı. Onlar ötən il korrupsiya və yol verdiyi nöqsanlara görə işdən azad olunan direktor Rahim Salamovun yenidən işə qayıtmasına etiraz edirdilər. Müəllimlər bu səbəbdən dərsə girməkdən imtina edirdilər.
16 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ