İnsanlara hürriyət, millətlərə istiqlal!

ŞOK! Azərbaycanın ərazi bütövlüyünü tanımayan erməni lobbisti Bakıda: Frank Pallone COP-a gəlib!

ABŞ-ın erməni lobbi hərəkatının əsas fiqurlarından biri olan, Azərbaycanın ərazi bütövlüyünü tanımayan və ölkəmizə qarşı sanksiyalar tələb edən Frank Pallone hazırda Bakıda keçirilən yüksək səviyyəli COP29 tədbirində iştirak edir.

Musavat.com xəbər verir ki, onun bu səfəri media ictimaiyyətində suallar və heyrət doğurub.

Frank Pallone 30 oktyabr 1951-ci ildə ABŞ-ın Nyu-Cersi ştatının Lonq Branç şəhərində anadan olmuş hüquqşünas və siyasətçidir. Demokrat Partiyasının üzvü olan Pallone 1988-ci ildən bəri Nyu-Cersi ştatının 6-cı Konqres dairəsini təmsil edir. Bu dairə Midlseks bölgəsinin böyük hissəsini və Monmut bölgəsinin Bayşor və sahil ərazilərini əhatə edir.

Frank Pallone uzun illərdir ABŞ-ın erməni diasporasının maraqlarını müdafiə edən əsas siyasətçilərdən biridir. O, açıq şəkildə Ermənistanın terror siyasətinə dəstək verir, Azərbaycanın haqq mübarizəsini beynəlxalq arenada gözdən salmağa çalışır və erməni işğalını legitimləşdirmək üçün çıxışlar edir.

COP tədbirinin əsas mövzusu qlobal iqlim dəyişikliyi ilə mübarizə olsa da, Pallonenin Bakıya gəlişi Azərbaycanın ərazi bütövlüyünü şübhə altına alan bir şəxsin ölkəmizə qarşı ikili standartlarını uyğuladığını unutdurmur.

Sosial şəbəkələrdə bu məsələyə sərt reaksiya verən istifadəçilər Pallonenin işğaldan azad edilmiş əraziləri ziyarət etməli olduğunu və bu ərazilərin Ermənistanın illərlə törətdiyi vandalizmin şahidi olduğunu yerində görməli olduğunu vurğulayıblar.

Sosial mediada yayılan çağırışlarda Pallonenin Qarabağın işğaldan azad edilmiş bölgələrinə aparılması tələb edilir. Onun Ağdam, Füzuli, Cəbrayıl, Zəngilan, Laçın və Kəlbəcərdə Ermənistanın işğalı dövründə törədilmiş dağıntılar fonunda açıqlamalar verməsi istənilir. “Frank Pallone erməni terrorizmini dəstəklədiyini bu xarabalıqların fonunda bəyan etsin” deyə istifadəçilər qeyd edirlər.

CAT.jpeg (215 KB)

Azərbaycan ictimaiyyəti bir daha dünya ölkələrinə və beynəlxalq təşkilatlara mesaj göndərir ki, ölkəmizin ərazi bütövlüyü danışıqsız qəbul edilməlidir. Frank Pallonenin səfəri bu kontekstdə ölkəmizin prinsipial mövqeyini bir daha nümayiş etdirmək üçün fürsət kimi dəyərləndirilir.

Bu səfərin hansı nəticələrlə yekunlaşacağı və Frank Pallonenin mövqeyində dəyişiklik olub-olmayacağı hələ ki, sual altındadır. Amma bir şey aydındır ki, Azərbaycan xalqı öz ərazi bütövlüyünü, tarixi və mədəni mirasını qorumaq uğrunda mübarizəsini davam etdirəcək.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

16 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR