İnsanlara hürriyət, millətlərə istiqlal!

Şoltsun Putinlə söhbətdən gözləntisi yoxmuş

Almaniyada kansler Olaf Şolzla Rusiya prezidenti Vladimir Putinin telefon danışığından Rusiya Federasiyasından heç bir siyasi irəliləyiş və ya nəzərəçarpacaq güzəşt gözləmirdilər.

Musavat.com xəbər verir ki, bu barədə “Der Spiegel” jurnalı kanslerin ofisindəki mənbələrə istinadən xəbər verir.

Jurnal yazır ki, Almaniya rəhbərliyinin söhbətin nəticələri ilə bağlı “heç bir illüziyası olmayıb”. Söhbətin əsas məqsədi Vladimir Putinə federal kanslerin “Ukraynanın gələcəyi təkcə Trampdan asılı deyil” mövqeyini çatdırmaq imkanı, eləcə də Avropa ölkələrinin nümayəndələrinə ehtiyac olub. 

Xatırladaq ki, noyabrın 15-də Putin və Şolz, demək olar ki, iki ildən sonra ilk telefon danışığı aparıblar və bu zaman onlar Ukraynadakı münaqişənin həlli imkanlarını müzakirə ediblər. Almaniya hökumətinin dediyi kimi, söhbət zamanı Almaniya kansleri Rusiya prezidentini “ədalətli və uzunmüddətli sülhə nail olmaq üçün” danışıqları bərpa etməyə çağırıb. Eyni zamanda o, Berlinin Kiyevə dəstəyini davam etdirmək niyyəti barədə xəbərdarlıq edib.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

16 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR