Onlayn ictimai-siyasi qəzet
2030-cu ilə qədər dünyada bərpa olunan enerji istehsalı 10 teravatı keçərək, hazırkı potensialı 10 dəfə üstələyəcək.
“Report” xəbər verir ki, bunu Beynəlxalq Elektrotexniki Komissiyanın (IEC) Baş katibi və baş icraçı direktoru Filippe Metzger COP29 çərçivəsində keçirilən “Yaşıl rəqəmsal fəaliyyət” üzrə yüksək səviyyəli dəyirmi masada çıxışı zamanı bildirib.
IEC-in Baş katibi, enerji şəbəkələrinin müasirləşdirilməsi istiqamətində səylərin artırılmasını vacib sayır.
“2040-cı ilə qədər isə 80 milyon kilometr uzunluğunda enerji şəbəkələrində islahatlar aparılmalı və onlar müasirləşdirilməlidir. IEC standartlar yaratmaqla bərpa olunan enerji sistemlərini, kiçik şəbəkələri və qabaqcıl enerji saxlama texnologiyalarını inkişaf etdirməyə imkan verir. Bu prosesdə texnologiyaların özlərinin də dayanıqlı olması mühüm əhəmiyyət kəsb edir.
Biz dayanıqlı yanaşmaların tərəfdarıyıq. Rəqəmsal əlaqəli infrastruktur üçün standartlar və uyğunluq sistemləri, enerji səmərəliliyi, məlumat serverlərinin enerji idarəetməsi, ekoloji dizayn və elektrotexniki məhsullar bu yanaşmanın nümunəsidir,” - deyə F. Metzger qeyd edib.
16 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ