İnsanlara hürriyət, millətlərə istiqlal!

Səhiyyə Nazirliyinə yeni təyinatlar olub

Səhiyyə Nazirliyinin Media və kommunikasiya şöbəsində təyinatlar olub.

Bu barədə Nazirlikdən APA-nın sorğusuna cavab olaraq bildirilib.

Qeyd edilib ki, Səhiyyə Nazirliyinin Media və kommunikasiya şöbəsinin müdir müavini vəzifəsinə Qulu Xəlilov təyin edilib. Eyni zamanda, şöbənin İctimaiyyətlə əlaqələr sektoru Elvin Hacıyevə, Media ilə iş sektoru isə Nigar Həmzəyevaya həvalə olunub.

Xatırladaq ki, Qulu Xəlilov Əmlak Məsələləri Dövlət Xidmətində mətbuat xidmətinin rəhbəri kimi fəaliyyət göstərib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR