İnsanlara hürriyət, millətlərə istiqlal!

Səhiyyə Nazirliyindən bu dərmanla bağlı əhaliyə MÜRACİƏT

Azərbaycanda son həftə ərzində saxta Ozempik preparatı (insulin) aşkarlanmayıb.

Bu barədə Musavat.com-a Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzindən məlumat verilib.

Bildirilib ki, hazırda apteklərdə monitorinqlər aparılır. Mərkəzin apardığı tədbirlərin nəticəsində son həftə ərzində saxta Ozempik preparatı aşkarlanmayıb.

Qeyd edək ki, 2022-ci ilin dekabr ayında ölkənin bəzi apteklərində qeyri-qanuni yolla, dövlət qeydiyyatında olmayan məhdud sayda MP5B060 seriyalı saxta Ozempik preparatının satılması məlum olub.

Saxta və orijinal preparatların fərqləndirici xüsusiyyətləri aşağıdakı kimidir.

derman.PNG (702 KB)

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

20 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR