İnsanlara hürriyət, millətlərə istiqlal!

Səhiyyə Nazirliyi tərəfindən əhali üçün təşkil edilən tibbi müayinələr ilk dəfə Cəbrayılda

“Böyük Qayıdış” proqramı çərçivəsində Səhiyyə Nazirliyi işğaldan azad olunan ərazilərə köçürülən vətəndaşlar arasında müxtəlif xəstəliklərin aşkarlanması ilə bağlı əhalinin kompleks müayinələrin aparılması, tibbi konsultasiyaların verilməsi və sağlamlıq məmnunluğunun təmin edilməsi məqsədilə silsilə tədbirləri davam etdirir.

Bu barədə Musavat.com-a nazirlikdən məlumat verilib.

Nazirliyin təşkilatçılığı ilə keçirilən növbəti belə tədbir fevralın 7-də baş tutub. Aksiya zamanı Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun tibb heyəti tərəfindən ilk dəfə olaraq Cəbrayıl şəhərində sakinlər üçün tibbi xidmətlər göstərilib.

a group of people standing next to a food truck
a person in a hospital bed
a man in a hospital bed
a man and a woman looking at a computer screen

Müayinələr İnstitutun tibbi avadanlıqların tam dəsti ilə xüsusi təchiz olunan Səyyar klinikasında aparılıb. Müxtəlif diaqnostik prosedurlardan başlayaraq, ilkin tibbi yardım göstərməyə qədər istifadə edilən mobil klinikalar modul avadanlıq konsepsiyası sayəsində ucqar ərazilərdə yaşayan əhaliyə tibbi xidmətlərin keyfiyyətini və əlçatanlığını təmin etmək məqsədilə yaradılıb.
Aksiya zamanı ETAXI-nin pulmonoloq, ftiziatr, allerqoloq, kardioloq, radioloq, rentgenoloq və laboratoriya həkimi tərəfindən müxtəlif instrumental-diaqnostik üsullardan istifadə edərək, döş qəfəsi orqanlarının flüoroqrafiyası, Elektrokardioqrafiya, Exokardioqrafiya, spirometriya, USM müayinəsi və qan analizlərinin öyrənilməsi həyata keçirilib.

a group of people in a classroom
a man and a woman sitting at a table with cameras and a man standing behind them
a person in a mask sitting at a table with another woman in a mask
a person helping a child with a toy

Müayinələr nəticəsində səhhətində problem aşkarlanan şəxslərə tibbi məsləhətlər verilib və müvafiq müalicə təyin olunub.
Aksiya zamanı 300-ə yaxın Cəbrayıl sakini müayinələrdən keçib.

a group of people in a room
a doctor attending to a patient
A classroom setting with people in suits, a child in a mask, and a camera crew. Flags and tables are present.
a group of people in a room

Tədbirdən sonra maarifləndirici aksiya təşkil olunub. Təqdimatlarla çıxış edən İnstitutun əməkdaşları qeyd ediblər ki, aksiyanın məqsədi işğaldan azad edilən ərazilərdə məskunlaşan əhali üçün mütəmadi qaydada səyyar tibbi müayinələrin keçirilməsi yolu ilə əhalinin sağlamlığını yaxşılaşdırmaqdır. Eyni zamanda, tədbir Cəbrayılın sakinlərinin sağlamlığının qorunmasında dəstək və yardım göstərməsi, habelə ağciyər sağlamlığının əsas aspektləri və profilaktik tədbirlər haqqında maarifləndirmə məqsədini daşıyır.
Həmçinin, tədbirdə yerli əhaliyə ağciyər xəstəlikləri və profilaktikası haqqında faydalı məlumatlar verilib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

A group of students sitting in chairs, attentively facing forward in a classroom setting, with a camera crew in the background.
a person standing in front of a screen in a room with people

Qeyd edək ki, Səhiyyə Nazirliyi tərəfindən işğaldan azad olunan digər ərazilərdə də davamlı olaraq maarifləndirici tədbirlərin və müayinə aksiyalarının keçirilməsi nəzərdə tutulub.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR