İnsanlara hürriyət, millətlərə istiqlal!

Səhiyyə naziri onları təltif ETDİ - FOTOLAR

Azərbaycan Respublikası səhiyyə nazirinin müvafiq Əmrinə əsasən, 17 İyun - Tibb İşçilərinin Peşə Bayramı Günü ilə əlaqədar işğaldan azad edilmiş ərazilərdə yeni yaradılmış xəstəxanalarda peşə fəaliyyəti zamanı xüsusi fərqlənən, eyni zamanda Türkiyədə baş vermiş zəlzələ nəticəsində xəsarət alanlara tibbi yardım göstərmək məqsədilə qardaş ölkəyə ezam olunmuş bir qrup tibb işçisi qüsursuz və səmərəli fəaliyyətlərinə görə “Fəxri Fərman”la təltif olunub.

Bununla əlaqədar iyunun 17-də Səhiyyə Nazirliyində təltif olunan tibb işçilərinin təqdimat mərasimi keçirilib.

Səhiyyə Nazirliyində işğaldan azad edilmiş ərazilərdə tibbi xidmətin təşkilində xüsusi fərqlənən bir qrup tibb işçisi “Fəxri Fərman”la təltif edilib

Azərbaycan Respublikası səhiyyə nazirinin müvafiq Əmrinə əsasən, 17 İyun - Tibb İşçilərinin Peşə Bayramı Günü ilə əlaqədar işğaldan azad edilmiş ərazilərdə yeni yaradılmış xəstəxanalarda peşə fəaliyyəti zamanı xüsusi fərqlənən, eyni zamanda Türkiyədə baş vermiş zəlzələ nəticəsində xəsarət alanlara tibbi yardım göstərmək məqsədilə qardaş ölkəyə ezam olunmuş bir qrup tibb işçisi qüsursuz və səmərəli fəaliyyətlərinə görə “Fəxri Fərman”la təltif olunub.

Bununla əlaqədar iyunun 17-də Səhiyyə Nazirliyində təltif olunan tibb işçilərinin təqdimat mərasimi keçirilib.

688a6284.jpg (3.35 MB)

688a6283.jpg (3.84 MB)

Tədbirdə çıxış edən səhiyyə naziri Teymur Musayev vurğuladı ki, müxtəlif ixtisaslar üzrə təsis olunan peşə bayramları həmin sənətin sahiblərinə cəmiyyətin və dövlətin yüksək dəyər verməsinin göstəricisidir: “Bu baxımdan, 17 İyun – Tibb İşçilərinin Peşə Bayramı Günü bizim üçün ikiqat əhəmiyyət kəsb edir. Çünki bu peşə bayramı bir tərəfdən cəmiyyətin tibb işçilərinin əməyinə verdiyi yüksək qiymətin ifadəsidirsə, digər tərəfdən, Azərbaycanın tibb ictimaiyyətinə şəxsən ümummilli lider Heydər Əliyevin hədiyyəsidir”.

Nazir 105 illik bir dövrdə Azərbaycan səhiyyəsinin şərəfli və çətinliklərlə dolu bir yol keçdiyini qeyd etdi: “Bu müddət ərzində həm müharibələr, həm epidemiya və pandemiyalar zamanı səhiyyəmiz öz hazırlıq və cavab imkanlarını yüksək peşəkarlıq səviyyəsində nümayiş etdirdi”.

Bildirilib ki, Azərbaycan Prezidenti İlham Əliyevin göstərişinə əsasən Türkiyəyə ezam olunan tibb heyətimizin fəaliyyəti qardaş ölkədə də yüksək qiymətləndirilib. Tibb personalımız Kahramanmaraşda Türkiyə Səhiyyə Nazirliyinin nümayəndələri ilə qarşılıqlı əlaqədə yüksək peşəkarlıq nümayiş etdirərərək, zəlzələdən zərərçəkmiş vətəndaşlara tibbi yardım göstəriblər.

Teymur Musayev qeyd etdi ki, “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” çərçivəsində azad edilmiş ərazilərdə yeni xəstəxanalar və tibb mərkəzlərinin yaradılması istiqamətində genişmiqyaslı layihələr icra edilməkdədir.

Tədbirin sonunda səhiyyə naziri Teymur Musayev bir qrup tibb işçisinə fəxri fərmanlar təqdim edib.


ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Oktyabr 2024

05 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR