İnsanlara hürriyət, millətlərə istiqlal!

Şəhid olan 11 nəfərin şəxsiyyəti müəyyən olunmayıb - RƏSMİ

Azərbaycan Silahlı Qüvvələri tərəfindən sentyabrın 19-20-da həyata keçirilən uğurlu lokal antiterror tədbirləri nəticəsində şəhid olan 11 nəfərin şəxsiyyəti Məhkəmə Tibbi Ekspertiza tərəfindən məhkəmə genetik müayinələr aparıldıqdan sonra müəyyənləşdiriləcək.

Musavat.com xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyindən məlumat verilib.

Qeyd edək ki, antiterror tədbirlərində 192 hərbçi və 1 mülki şəxs şəhid olub, 511 hərbçi və mülki şəxs yaralanıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR