İnsanlara hürriyət, millətlərə istiqlal!

Şəhid Mirtalıbın manifest kimi pıçıltısı...

Şəhid olmadan öncə...

Pıçıltı ilə söylədiyi "...hər şey Vətən üçün" sözləri Ordumuzun manifestidir!

Azərbaycan Ordusu bu cür vətənpərvər övladlarımızın özətidir!

Millətimizin içi, mahiyyətidir, Ordumuz!

Bunu 44 günlük Vətən müharibəsi ilə sübut etdik.

Dünyaya və tarixə misilsiz Ordu Xalq nümunəsi göstərdik...

Şəhadəti gülə - gülə, sevə -sevə qəbullanan Azərbaycan Əsgəri...

Bu Ordunun qarşısında heç bir qüvvə dura bilməz.

Bu Ordu milləti ən böyük hədəflərə çatdıracaq!

...Şəhid Mirtalıb Ağazadənin son görüntüləri və pıçıltı ilə dediyi son sözlərini dinləyin...

"Yenə yol gedirik".

"Hər şey Vətən üçün"!

Millət yoludur, haqq yoludur, getdiyiniz yol...

Millət üçün, Vətən üçün Şəhid olan övladlar bu millətin oksigeni, nəfəsi, diriliyidir!

Millət, onun uğrunda Şəhid olmağa hazır fərdləri varsa, diridir!

Yoxdursa, ölüdür, məhvə məhkumdur!

Azərbaycan xalqının nəfəsi, diriliyi Şəhidlərimizdir!

Vətən onlara minnətdardır!

Millət onlara borcludur!

#ŞəhidQardaşındanüzristəyirəm!

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR