İnsanlara hürriyət, millətlərə istiqlal!

Şəhid leytenant Teymur Abbaslının anım günüdür - FOTOLAR

Bu gün Hadrut (Ağoğlan) uğrunda gedən döyüşlərdə şəhadətə yüksələn leytenant Teymur Abbaslının anım günüdür. Bununla əlaqədar II Fəxri Xiyabanda şəhidimiz məzarı başında anılıb.

Anım mərasimində Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov, AĞ Partiya, Müsavat və AMİP rəhbərliyi, İçərişəhər Cümə məscidinin axundu Hacı Surxay, eləcə də, ictimaiyyətin tanınmış simaları iştirak ediblər.

Tədbir şəhidlərimizi bir dəqiqəlik sükutla yad etmə ilə başlayıb. Daha sonra Azərbaycanın dövlət himni çalınıb.
Şəhidimizə "Təzəpir" məscidində yas mərasimi verilib.
Qeyd edək ki, şəhid Teymur Abbaslı Müsavat funksioneri Başxanım Abbasovanın oğlu, AĞ Partiya başqanı Tural Abbaslının qardaşıdır.
Allah rəhmət eləsin.

Cavanşir Abbaslı,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR