İnsanlara hürriyət, millətlərə istiqlal!

Şəhid kəşfiyyatçımızın anası vəfat etdi

Birinci Qarabağ müharibəsi şəhidi Ülfət Kərimovun anası Fatma Kərimova dünyasını dəyişib.

Musavat.com, bu barədə şəhidin yaxınlarına istinadən xəbər verir.

Qeyd edək ki, Ülfət Kərimov 1971-ci il fevralın 23-də Kəlbəcərdə anadan olub. O, düşmənin iki tankını, iki ədəd “PDM-2”, iki “AQS-17”, iki minaatan (120 mm.-lik) ələ keçirib, üç tankını isə məhv edib. Kəşfiyyatçı kimi xidmət edən Ülfət Kərimov 1993-cü il martın 27-də Kəlbəcər rayonunun Ağdaban kəndi istiqamətində əhalinin kəndi tərk edə bilməsi üçün ermənilərlə qeyri-bərabər döyüşə girib. Kənd əhalisinin sağ-salamat kəndi tərk etməsinə nail olsa da, özü Aşıq Şəmşirin məzarının yaxınlığında döyüşən zaman şəhid olub. Ü.Kərimov 1993-cü il sentyabrın 13-də ölümündən sonra “Azərbaycan Bayrağı” ordeni ilə təltif edilib.

 

Şahanə Rəhimli
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

20 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR