İnsanlara hürriyət, millətlərə istiqlal!

Şəhid Elnur Səmədov Sumqayıtda dəfn edilib

Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən törədilən təxribat nəticəsində şəhid olmuş Azərbaycan Ordusunun hərbi qulluqçusu, Xüsusi Təyinatlı Qüvvələrin (XTQ) leytenantı, 1988-ci il təvəllüdlü Elnur Sədaqət oğlu Səmədov Sumqayıtda dəfn edilib.

APA-nın yerli bürosu xəbər verir ki, 34 yaşlı şəhidimizin nəşi yaşadığı Sumqayıt şəhərindəki Şəhidlər xiyabanında torpağa tapşırılıb.

Mərasimdə şəhər rəhbərliyi, E.Səmədovun ailə üzvləri, yaxınları, döyüş yoldaşları və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Xatırladaq ki, Ermənistan Silahlı Qüvvələrinin son üç gün ərzində törətdiyi təxribatlar nəticəsində 71 hərbçimizin şəhid olduğu açıqlanıb.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR