Onlayn ictimai-siyasi qəzet
Sumqayıt şəhərinin Sülh küçəsində baş vermiş qəzanın görüntüsü anbaan avtomobilin videoregistratoruna düşüb.
Musavat.com Avtosfer.az-s istinadən xəbər verir ki, hərəkətdə olan KIA markalı maşın "Hyundai" markalı avtomobillə toqquşub.
Ağır qəza baş verməzdən öncə KIA sürücüsünün yolu qaçaraq keçən piyadanı vurması kadrda əks olunub. Ardınca manevr edən sürücü bu zaman sağ zolaqdakı "Hyundai"a çırpılıb.
Zərbənin təsirindən hər iki maşın yol kənarına yuvarlanıb.
Hadisə zamanı KIA markalı avtomobil yanaraq yararsız hala düşüb, digər nəqliyyat vasitəsi də sıradan çıxıb.
Görüntünü qeydə alan sürücünün sözlərinə görə, qəzaya düşən hər iki avtomobilin sürücüsü yol boyu yüksək sürətlə hərəkət ediblər.
Nəticədə, KIA-nın sürücüsü yolu keçən piyadanı son anda görsə də, dəhşətli qəzadan xilas ola bilməyib.
Xadırladaq ki, yanvarın 16-da saat 20:40 radələrində baş vermiş yol-nəqliyyat hadisəsi zamanı 2 nəfər ölüb, 3 nəfər isə yaralanıb.
Həmin görüntüləri təqdim edirik:
23 Yanvar 2025
22 Yanvar 2025
ŞƏRHLƏRŞƏRH YAZ