Onlayn ictimai-siyasi qəzet
İstanbulda İkitelli Mütəşəkkil Sənaye Bölgəsində Milas küçəsində yerləşən kimya anbarında naməlum səbəbdən yanğın baş verib. Hadisə nəticəsində ərazidə partlayışlar da qeydə alınıb.
Musavat.com CNN Türkə istinadən xəbər verir ki, yanğın ətrafdakı avtomobillərə də keçib. Hadisə yerinə çoxlu yanğınsöndürənlər göndərilib.
Məlumata görə, yanğını nəzarət altına almaq mümkün deyil.
"Alovlar çox yüksəkdir. Burada partlayışlar baş verir. Əldə etdiyimiz məlumata görə, bunun kimyəvi maddədən qaynaqlandığı bildirilir. Yanğınsöndürən maşınlar bir-birinin ardınca gəlir. Polis ətrafdakı yolları bağlayıb. Maşınlar başqa istiqamətlərə yönəldilir. Artıq alov konteynerlərə də keçib. Partlayışlar səbəbindən yanğınsöndürmə briqadası müdaxilə edə bilmir. Heç kimin yanğın ərazisinə yaxınlaşmasına icazə verilmir. Müdaxilə davam etsə də, alovun şiddəti artmaqda davam edir. Alov yaxınlaşdıqca maşınlar yanır. Tüstü səmanı tamamilə bürüyüb" - CNN Türk müxbiri bildirib.
Musavat.com
13 Aprel 2025
12 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ