İnsanlara hürriyət, millətlərə istiqlal!

Səfirliyimizə hücumun istintaqı ilə bağlı Baş Prokurorluqdan AÇIQLAMA  

Xəbər verdiyimiz kimi, ötən gün İranın Məhkəmə və Ədliyyə sisteminin sözçüsü Məsud Sitayişi mətbuat konfransında Azərbaycanın Tehrandakı səfirliyinə hücum ilə bağlı istintaqın yekunlaşdığını bildirib. O qeyd edib ki, istintaq yekunlaşıb və bu işdə eyni şəxs təqsirləndirilir.

Baş Prokururluğun mətbuat xidmətindən Musavat.com-a bildirilib ki, istintaqın yekunu ilə bağlı Baş Prokurorluğa hər hansı məlumat daxil olmayıb:

“Sorğuya cavab olaraq bildirilir ki, istintaqın yekunlaşması barədə Azərbaycan Respublikasının Baş Prokurorluğunda hər hansı məlumat yoxdur”.

 

Nigar HƏSƏNLİ,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR