İnsanlara hürriyət, millətlərə istiqlal!

Səfirliyə hücum zamanı şəhid olan Orxan Əsgərovun qohumu danışdı - VİDEO

Azərbaycanın İrandakı səfirliyinə edilən hücum nəticəsində diplomatik korpusun mühafizə xidmətinin rəisi Orxan Əsgərov şəhid olub.

Musavat.com xəbər verir ki, Orxan Əsgərovun qohumlarından biri İTV-yə açıqlama verib. O, Orxanın İrandan başqa Azərbaycanın Polşa Çin kimi ölkələrdəki səfirliklərdinə də çalışdığını və çox yaxşı insan olduğunu bildirib.

Xatırladaq ki, O.Əsgərov Gəncə şəhərindəndir. Onun 2 övladı, bir oğlu və bir qızı var idi.Onun atasının Gəncədə tanınmış pediatr olduğu da məlumatlar arasındadır.

Yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycanın İrandakı səfirliyinə silahlı hücum olub. Məlumata görə, hücum edən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Yaralıların vəziyyəti qənaətbəxşdir. Hazırda bu xain hücum üzrə araşdırma gedir.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Oktyabr 2024

09 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR