İnsanlara hürriyət, millətlərə istiqlal!

Səfir: “Diplomatik missiyalara edilən hücumlar qəbuledilməzdir”

“Diplomatik missiyalara edilən hücumlar qəbuledilməzdir”.

Musavat.com-un xəbərinə görə, bunu Azərbaycanın Britaniyadakı səfiri Elin Süleymanov APA-nın London müxbirinə açıqlamasında deyib. O, səfirliyə hücum nəticəsində həyatını itirən Orxan Əsgərovun ailəsinə başsağlığı verib:

“Biz son illərdə xarici ölkələrdəki Azərbaycanın diplomatik missiyalarına bir tərəfdən erməni radikalların, digər tərəfdən müxtəlif ekstremist qrupların nümayəndələrinin iştirak etdiyi hücumların şahidi oluruq. Bu yalnız Azərbaycan diplomatik missiyalarına qarşı hücumlar deyil, eyni zamanda Azərbaycanın dünyada proqressiv cəmiyyətin rəmzi olmasına, onun inkişafına da olan hücumlardır”.

Səfir qeyd edib ki, dünyanın proqressiv gələcəyini düşünən qüvvələr Azərbaycanın yanında durmalıdır.

Qeyd edək ki, ötən il Azərbaycanın Londondakı Səfirliyinə radikal dini dəstə hücum etmişdi. Səfirliyin binasına daxil olan şəxslər səfirlik binasına xəsarət yetirmiş, yerli polisin müdaxiləsindən sonra binadan çıxarılmışdılar.

Aytən Abbaslı

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR