İnsanlara hürriyət, millətlərə istiqlal!

Səfir: “Azərbaycan və Qazaxıstan regionu dəyişməyə qadir tandemdir”

Azərbaycan və Qazaxıstan regionu dəyişməyə qadir tandemdir.

Bu fikiri Qazaxıstanın Azərbaycandakı səfiri Alim Bayel "Report"a müsahibəsində səsləndirib.

Diplomat ötən il Azərbaycanın ərazi bütövlüyünü tam bərpa etdiyini vurğulayaraq əlavə edib ki, rəsmi Bakı yalnız konstruktivliyə köklənib.

"Qazaxıstan və Azərbaycan regionun liderləridir. Qazaxıstan Mərkəzi Asiyada, Azərbaycan isə Cənubi Qafqazda ən böyük iqtisadiyyata malik ölkədir. Biz birlikdə Avrasiyanın mərkəzində, Xəzər dənizinin əks sahillərində strateji mövqe tuturuq. Hər iki ölkənin sükanı arxasında təcrübəli, uzaqgörən liderlər dayanır", - o qeyd edib.

Səfir prezident Kasım-Jomart Tokayevin fikirlərinə istinad edərək deyib: "Biz mütərəqqi millətlər olaraq gələcəyə inamla baxırıq. Düşünürəm ki, bütün regionu dəyişməyə qadir olan məhz bizim strateji tandemimizdir".

Müsahibənin tam versiyası ilə buradan tanış ola bilərsiniz.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR