İnsanlara hürriyət, millətlərə istiqlal!

Səfərbərlik rejimi ELAN EDİLDİ - 500 min insan təxliyə edilir

Bu yaxınlarda baş verən 4,4 bal gücündə zəlzələdən sonra İtaliyanın Neapol şəhəri və ətraf bölgələrin sakinləri ciddi narahatlıq içindədir.

Musavat.com xəbər verir ki, bunun səbəbi isə dünyanın ən təhlükəli vulkanik zonalarından biri hesab edilən Flegrey sahələrinin aktivləşməsidir.

Mümkün təhlükəyə cavab olaraq, İtaliyanın Mülki Müdafiə Nazirliyi ölkədə milli səfərbərlik rejimi elan edib.

"Biz bütün mümkün ssenariləri nəzərdən keçiririk ki, növbəti təkanlar bizi hazırlıqsız yaxalamasın", – deyə nazir Nello Musumeçi bildirib.

Vəziyyətin daha da pisləşəcəyi halda, hökumət üç gün ərzində təxminən 500 min insanın təxliyəsini planlaşdırır.

Bu tədbir, vulkan püskürməsi nəticəsində yaranacaq kül, daş və yandırıcı qaz axınlarının fəlakətli nəticələrini önləmək məqsədini daşıyır.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

17 Mart 2025

16 Mart 2025

BÜTÜN XƏBƏRLƏR