İnsanlara hürriyət, millətlərə istiqlal!

Seçki kampaniyasında 14,7 milyard dollar xərclənib – ABŞ Seçki komissiyası

ABŞ Demokratlar Partiyasından prezidentliyə namizəd Kamala Harris və keçmiş prezident Donald Trampın seçki kampaniyası zamanı təxminən 14,7 milyard dollar xərclənib.

Musavat.com xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi ABŞ Federal Seçki Komissiyasına istinadən məlumat yayıb.

Bu vəsait, seçki komissiyasının fikrincə, namizədlər, partiyalar və müxtəlif siyasi fəaliyyət komitələri - xüsusən də İlon Mask və maraq təşkilatları tərəfindən xərclənib. Ümumilikdə seçki təbliğatında iştirak edən 11 min “siyasi qrup” var.

"Bloomberg"in yazdığına görə, xərclərin böyük əksəriyyəti reklam, "ümidsiz pul toplama müraciətlərindən və sonsuz qapı zənglərindən" qaynaqlanır.

Eyni zamanda bu sahədə ən böyük səylər, ekspertlərin fikrincə, ABŞ-da noyabrın 5-də keçiriləcək prezident seçkilərinin nəticəsini müəyyən edəcək tərəddüd edən ştatlarda həyata keçirilib. Arizona, Corciya, Miçiqan, Nevada, Şimali Karolina, Pensilvaniya və Viskonsin ştatlarında reklam kampaniyaları 24 saat davam edir. Binaların pəncərələrində, yol kənarlarında asılan klassik seçki plakatları, eləcə də efirləri dolduran televiziya reklamları ilə yanaşı, xüsusən də sosial şəbəkələrdə rəqəmsal reklamlar əlavə olunub.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR