Onlayn ictimai-siyasi qəzet
Vətəndaşların seçki hüquqlarını pozan hərəkətlərdən (hərəkətsizlikdən) və qərarlardan şikayətlərin araşdırılması məqsədilə ekspert qrupu yaradılıb.
Bununla bağlı Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında qərar qəbul edilib.
Ekspert qrupuna MSK üzvləri Ramiz İbrahimov, Fuad Cavadov, Qabil Orucov, Bəxşeyiş Əsgərov, Tofiq Həsənov, İlkin Şahbazov, Nailə Əsgərova, İlqar Əlizadə, Rafiq Abbasov daxil ediliblər.
Bundan başqa, imza vərəqələrində, habelə namizədlərin, siyasi partiyaların, siyasi partiya bloklarının təqdim etdikləri sənədlərdə olan məlumatların düzgünlüyünü və müvafiq məlumatları yoxlamaq üçün işçi qrupu da yaradılıb. (Report)
26 Dekabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ