Onlayn ictimai-siyasi qəzet
Əməkdar artist Səbinə Babayeva keçmiş həyat yoldaşı, rejissor Cavidan Şərifovla boşanmasından danışıb.
Musavat.com axşam.az-a istinadən xəbər verir ki, ifaçı "Danışaq?" podkastının yeni buraxılışının qonağı olub.
"8 il rəsmi nikahda olmuşam, vəssalam. Ümumilikdə bu hekayə 12 il davam etdi" deyə, Səbinə vurğulayıb.
Müğənni nikahını xilas etməyə çalışdığını deyib:
"İndi boşanmaq moda düşüb. Çox şey qadından asılıdır. Ailəni qoruyub saxlayan qadındır. İndi qıza öyrədirlər ki, nəsə səni qaneə etmədi, çamadanını götür və evə qayıt. Qızları tərbiyə etmirlər ki, sən bir dəfə və ömürlük ailə qurursan. Başqa cür tərbiyə edirlər. Bəzi məqamlarda bu, doğrudur. Əgər bu, ailədaxili şiddətdirsə, bu heç müzakirə belə olunmur, çamadanı yığ və qayıt.
Amma indi sosial şəbəkələrdə baxıram, hətta psikoloq danışır ki, o mənə bahalı telefon almırsa, bu boşanmaq üçün arqumentdir.
Evliliyimi qorumağa çalışdım. Ailə quranda bu evliliyin birdəfəlik və əbədi olacağını düşünürdüm. Mən tamamilə ailə adamıyam. Boşanmanın səbəbi barışmaz fikir ayrılıqları olub, amma təfərrüatları açıqlaya bilmərəm. Bunlar, təəssüf ki, artıq öhdəsindən gəlmək mümkün olmayan bir neçə səbəbi birləşdirdi".
S.Babayeva boşanmasını "faciə" adlandırıb və psixoloji olaraq tam sağalmadığını deyib.
O, yenidən ailə qurmaq haqqında düşünüb-düşünmədiyi ilə bağlı sualı belə cavablandırıb:
"Doğrudanmı bu sual pərəstişkarlarımı narahat edir? Bunu bilmək qeyri-mümkündür, insanın taleyi elədir ki, qarşıda nələr olduğunu bilmirsən, amma əlbəttə ki, məni inandırmasalar, mümkündür".
25 Noyabr 2024
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ