Onlayn ictimai-siyasi qəzet
Biləsuvarda baş verən qəzada ölən və yaralanan şəxslər Lənkəran rayon sakinləridir.
Ələt-Astara magistralının 88-ci km-də Biləsuvar rayonu ərazisində baş verən qəzada Lənkəran rayonunun Liman şəhər sakini 1995-ci il təvəllüdlü Vüqar Heyrət oğlu Əsgərli ölüb. Həmin nəqliyyat vasitəsində olan Lənkəran rayonunun Hirkan qəsəbə sakini 1965-ci il təvəllüdlü Tofiq Abbas oğlu Salahlı baş nahiyəsindən xəsarət alaraq Biləsuvar Rayon Xəstəxanasına yerləşdirilib.
Qeyd edək ki, onların idarə etdiyi nəqliyyat vasitəsi "SƏBA" şirkətinə məxsus olub.
Faktla bağlı araşdırma davam etdirilir./Bakupost.az
26 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ