İnsanlara hürriyət, millətlərə istiqlal!

“Şayiələr əsassızdır”- Haniyənin oğlu sui-qəsddən danışdı

HƏMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin oğlu Əbdüssalam Həniyə atasının öldürülməsi ilə bağlı danışıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə o, “Əl-Ərəbiyyə”yə müsahibəsində bəhs edib.

O, atasının öldürülməsində istifadə edilən raketin mobil telefon siqnallarının izlənilməsi ilə idarə olunduğunu bildirib:

“İdarə olunan raket atamın otağında başının yanında olan mobil telefonunu izləməklə istiqamətləndirilib. Məncə, otaqda bomba olması ilə bağlı yayılan xəbər heç də həqiqətə uyğun deyil. Mühafizəçilər və digər müşavirlər atamın otağından cəmi bir neçə metr aralıda olublar, ona görə də aydındır ki, bomba olsaydı, bütün bina partlayardı”.

Əbdüssalam atasının ölümünə heç bir bomba qurğusunun səbəb olmadığını düşünür: “Mühafizəçilər və digər məsləhətçilər atamın otağından cəmi bir neçə metr aralıda oturmuşdular. Ona görə də bir partlayış olarsa bütün binanın partlayacağı aydın idi. Məncə otaqda bomba olması ilə bağlı şayiələr əsassızdır”.

Onun sözlərinə görə, atasının mobil telefonu onu asan hədəfə çevirib. Əbdüssalam Haniyə qeyd edib ki, atası həmin gün davamlı olaraq telefon danışıqları aparıb və öldürüldüyü gecə saat 22:15-ə qədər telefondan istifadə edib.

Xatırladaq ki, İsmayıl Haniyə iyulun 31-də Tehranda raket zərbəsi nəticəsində öldürülüb. O, avqustun 2-də Dohada dəfn olunub. Onun ölümündən sonra Yaxın Şərqdə vəziyyəti kəskin şəkildə pisləşib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR