Onlayn ictimai-siyasi qəzet
“Bütün ermənilərin ali patriarxı və katolikosu” adlanan II Qaregin noyabrda Bakıda keçiriləcək dünya dini liderlərinin sammitində iştirak etmək üçün dəvət almayıb.
Musavat.com xəbər verir ki, bu barədə erməni kilsəsinin informasiya direktoru, keşiş Yesai Artenyan məlumat yayıb.
Qeyd edək ki, noyabrın 5-7-də baş tutacaq sammitdə 200-ə yaxın din xadimi və alim iştirak edəcək. II Qaregin Azərbaycan-Ermənistan münaqişəsində Azərbaycana qarşı xüsusi revanşist və qəddar mövqeyi ilə tanınan din adamı sayılır.
Musavat.com
19 Yanvar 2025
ŞƏRHLƏRŞƏRH YAZ