İnsanlara hürriyət, millətlərə istiqlal!

Saudi Aramco BP-nin 10 milyardlıq biznesini almaq istəyir

BP şirkətinin satmağa hazırladığı sürtkü yağları istehsalını Səudiyyə Ərəbistanının dövlət neft şirkəti olan Saudi Aramco almağa hazırlaşır.

Musavat.com xəbər verir ki, məlumatı Bloomberg məlumatlı mənbələrə istinadən yayıb.

Bildirilir ki, Saudi Aramco Castrol markalı bölmənin hamısının və ya bir hissəsinin satın alınmasını araşdırır. Səudiyyə şirkəti bu aktivləri 2023-cü ildə 2,65 milyard dollara aldığı Valvoline-nin sürtkü yağları biznesi ilə birləşdirə bilər.

BP fevralın sonunda Castrol-a strateji baxış keçirdiyini elan edib. Bundan əvvəl media bu bölmənin dəyərinin 10 milyard dollar civarında ola biləcəyini yazmışdı. Mənbələr bildiriblər ki, Castrol-un Hindistan kimi sürətlə inkişaf edən bazarlardakı əməliyyatları Səudiyyə Aramco-nu ən çox maraqlandıra bilər.

Agentliyin mənbələri bildiriblər ki, Castrol-un alınması ilə bağlı müzakirələr ilkin mərhələdədir və Saudi Aramco yekun qərar qəbul etməyib. Onlar qeyd edirlər ki, digər potensial alıcılar da Castrol-u almaqda maraqlıdırlar.

Castrol avtomobil, aviasiya, su və dəmir yolu nəqliyyatı və sənaye sektoru üçün yüksək keyfiyyətli yağlar və texniki mayelər istehsal edir. Brendin məhsulları dünyanın 150-dən çox ölkəsində satılır.

Qeyd edək ki, 2024-cü ildə Saudi Aramco-nun xalis mənfəəti 2023-cü illə müqayisədə 12,4 faiz azalaraq 106,2 milyard dollar olub. Şirkətin gəliri 2,9 faiz azalaraq 480,4 milyard dollar, satışların dəyəri isə 3,9 faiz artaraq 273,9 milyard dollar olub.

Şirkət 2025-ci il üçün əsas kapitala sərmayə qoyuluşunu 52-58 milyard ABŞ dolları həcmində proqnozlaşdırır.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR