İnsanlara hürriyət, millətlərə istiqlal!

Satıb arağı, alıb yarağı, verib Ukrayna ordusuna - “Xorçitsa”nın sahibi axtarılır

Moskva müstəntiqləri “Xorçitsa” araq brendinin təsisçisi, ukraynalı sahibkar Yevgeni Çernyakı axtarırlar. 

Musavat.com Rusiya mediasına istinadla xəbər verir ki, Çervyaka qarşı terrorizmi maliyyələşdirmə maddəsi ilə cinayət işi açılıb. İstintaqın məlumatına görə, o, əlaltıları ilə birlikdə Ukrayna ordusunun hesabına 500 milyon rubldan çox pul köçürüb. Çernyakın iki ortağı saxlanılıb. 

Müstəntiqlərin fikrincə, 2022-ci ilin fevralından aprel ayına qədər Çernyak və digər şəxslər müqavilə bağlayaraq Ukrayna Silahlı Qüvvələrinə (AFU) və digər Ukrayna silahlı birləşmələrinə 500 milyon rubldan çox vəsait köçürüblər. Müstəntiqlər həmçinin hesab edirlər ki, 2023-cü ilin iyununda Çernyak Ukrayna ordusunu döyüş əməliyyatları üçün 90 milyon rubldan çox dəyərində mallarla təmin edib.

Rusiya Federasiyası İstintaq Komitəsinin Moskva üzrə Baş İstintaq İdarəsinin Mərkəzi İnzibati Dairəsi üzrə İstintaq İdarəsi sahibkara qarşı Cinayət Məcəlləsinin 205.1-ci (terrorçuluğun maliyyələşdirilməsi) maddəsinin 1.1-ci hissəsi ilə cinayət işi açıb. Bu maddə üzrə maksimum cəza ömürlük həbs, minimum 8 il həbsdir.

Hazırda müstəntiqlər holdinqin bir hissəsi olan, benefisiarı Çernyak olan məüssisələrin səhmlərinə həbs qoymaq qərarına gəliblər.

Rusiya Daxili İşlər Nazirliyinin rəsmi nümayəndəsi İrina Volk bildirib ki, beynəlxalq holdinqin benefisiar sahibi - spirtli içkilər istehsalçısı, eləcə də Çernyakın etibarlı şəxsləri kimi çıxış edən digər təsisçilər və menecerlər də cinayət törətməkdə şübhəli bilinir. 

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Oktyabr 2024

05 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR