Onlayn ictimai-siyasi qəzet
Ermənistanın müxalifətdə olan “Çiçəklənən Ermənistan” partiyasının lideri, oliqarx Qaqik Sarukyan, oğulları Nver və Ovannes Sarukyan, həyat yoldaşı Cəvahir Sarukyan, valideynləri Roza və Kolik Sarukyan, həmçinin Sarukyanın gəlini Ermənistan Prokurorluğunun qanunsuz yolla əldə edilmiş əmlakın müsadirə edilməsi idarəsinə dəvət olunublar.
Musavat.com-un erməni mediasına istinadən xəbərinə görə, Sarukyan əmlakı ilə bağlı izahat verməlidir.
Qaqik Sarukyan və həyat yoldaşı avqustun 21-də saat 11:00-da, oğulları və gəlinləri saat 11:30 və 12:00-da, valideynləri isə saat 12:30-da gəlməlidirlər. İrəvanın keçmiş meri, eks energetika və təbii sərvətlər naziri Yervand Zaxaryan, onun oğlu, qızı, eləcə də yaxın qohumları eyni idarəyə ifadə vermək üçün dəvət olunublar.
Musavat.com
25 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ