İnsanlara hürriyət, millətlərə istiqlal!

Şarmazanovdan SON DƏQİQƏ: 4 kənd artıq həll edildi, qaldı... - CANLI

Ermənistan hakimiyyətinin imzalamağa hazır olduğu sənəd sülh müqaviləsi deyil, reallığa boyun əymək müqaviləsidir.

Hazırkı erməni hakimiyyəti Bakı və Ankaranın yazdığı hər şeyi imzalayacaq. Bu, ikinci kapitulyasiya, Ermənistanın türkləşdirilməsi proqramı olacaq.

Musavat.com xəbər verir ki, bunu Ermənistan Respublika Partiyasının keçmiş vitse-spikeri və katibi Eduard Şarmazanov deyib.

“Ermənistan hakimiyyətinin bu günə qədər Bakının tələblərinə yox dediyini xatırlamıram. Bakı “artsax”ın Azərbaycanın bir hissəsi kimi tanınmasını tələb etdi, Paşinyan bu tələbi məmnuniyyətlə yerinə yetirdi.

Azərbaycan anklavları tələb edir, Ermənistan hakimiyyəti artıq bu məsələnin mövcudluğunu tanıyır. Üstəlik, Ermənistanın yüksək rütbəli məmurlarından biri qeyd edib ki, 4 kənd üzrə artıq bütün məsələlər öz həllini tapıb”, - o bildirib.

Şarmazanov qeyd edib ki, Ermənistanı təmsil edən şəxslərin imzalamağa hazır olduqları sənədin məzmunu barədə ümumiyyətlə heç bir təsəvvürləri yoxdur:

“Bakı və Ankaranın yazdıqlarına imza atacaqlar. Paşinyan tələblərdən hər hansı birinə mənfi cavab versə, Azərbaycan “müharibəyə” başlayacaq”.

Qeyd edək ki, hər iki ölkənin baş nazirlərinin müavinləri - Şahin Mustafayevlə Mger Qriqoryan Qazax-İcevan sərhədində görüşü başlayıb. Bu, delimitasiya komissiyalarının sayca beşinci görüşüdür.
İndiyə qədər 4 görüş keçirilib: ikisi sərhəddə - Arazdəyən və Qazax; ikisi xaricdə - Moskva və Brüssel; bütün görüşlərdə yeganə nəticə “danışıqların davam etdirilməsi üzrə razılaşma” olub; bu görüşdə də nəticənin əvvəlkilərdən fərqli olacağı sual altındadır. Çünki:

- tərəflər arasında sərhədin hansı xəritələr üzrə müəyyən edilməsinə dair fikir ayrılığı davam edir;

- işğal altında qalan 8 kəndin – Qazaxın 7 və Kərki kəndi – azad edilməsinə qarşı İrəvan “erməni kəndləri” iddiasını irəli sürüb;

- sərhəd məsələsində hansısa razılaşma xəritələrin saxlanıldığı Moskvanın prosesə qoşulmasını şərtləndirir. Ki, görüşün Qərb cəbhəsi bununla razılaşmayacaq.

Ermənistan parlamentinin spikeri Alen Simonyanın son iddiaları da İrəvanın “əlini yüksəltdiyini” göstərdi. Erməni spiker 8 kəndin qaytarılmasına qarşı bildirir ki, Ermənistanın 31 kəndi ya tamamilə, ya da qismən Azərbaycanın nəzarəti altındadır, bu 31 kəndin qaytarılmasından da danışmalıyıq.

İrəvan “31 kəndə” Başkəndi və müharibədən sonra dövlət sərhədinin bərpası nəticəsində ordumuzun nəzarət zonasına düşən əraziləri daxil edir. Və bu iddia ilə ya 8 kəndin qaytarılmasını arxa plana keçirmək, ya da Başkəndi almaq və ordumuzun sərhədboyu mövqelərindən geri çəkilməsini təmin etmək istəyirlər. Nəticə etibarilə Azərbaycan və Ermənistanın sərhədlə bağlı gündəliyi fərqlidir.

TVMusavat-ın bu gün saat 15:00-da canlı yayımlanan “Həftə içi” verilişində aparıcı Emil Salamoğlu politoloq Oqtay Qasımovla sərhəd görüşünü müzakirə edir.


Facebook səhifəsinin ünvanı:

https://www.facebook.com/NewMusavat


Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/user/TVmusavat

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR