Onlayn ictimai-siyasi qəzet
Ermənistanın baş naziri Nikol Paşinyan ölkəni təkcə geosiyasi sövdələşmə obyektinə deyil, həm də geosiyasi çəkişmələrin sınaq meydanına çevirib.
Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bunu Ermənistan parlamentinin keçmiş vitse-spikeri, hazırda müxalifətdə olan Respublika Partiyasının üzvü Eduard Şarmazanov deyib.
Onun iddiasına görə, 2018-ci ildən bəri Paşinyanın rəhbərlik etdiyi hərəkat 2 məqsəd güdür: “Erməni Soyqırımı”nın (qondarma-red.) beynəlxalq səviyyədə tanınmasının rədd edilməsi və “DQR”in (rus sülhməramlılarının nəzarət etdiyi ərazidə qurulan oyuncaq, qondarma qurum) öz müqəddəratını təyin etməsi fikrindən vaz keçilməsidir. Paşinyan hakimiyyətə gələndən dərhal sonra Ermənistana gələn Con Bolton da məhz buna işarə edib. Ermənistan hakimiyyəti təlimatları itaətkarlıqla yerinə yetirib. İndi kənar aktyorlar öz aralarında “Qarabağın təslim olması üçün dəllal olmaq hüququ” uğrunda mübarizə aparırlar, “Nikol Paşinyan artıq heç bu mübarizədə oyunçu da deyil”, - deyə Şarmazanov bildirib.
Musavat.com
25 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ