İnsanlara hürriyət, millətlərə istiqlal!

Şarmazanov Ermənistan prezidenti haqqında: Sən Ter-Petrosyanın uğursuz kadrısan

“Ter-Petrosyanın uğursuz kadrı... Üstəlik, bu adam Ermənistan Respublikasının Prezidenti vəzifəsini tutur”.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu cümlənin müəllifi Emərnistanın müxalifətdə olan Respublika partiyasının liderlərindən, parlamentin keçmiş vitse-spikeri Eduard Şarmazanovdur.

Qeyd edək ki, bir müddət əvvəl Ermənistan prezidenti Vahan Xaçaturyan jurnalistlərlə söhbətində Ermənistanın hələ 1991-ci ildə Qarabağı Azərbaycanın bir hissəsi kimi tanıdığını bildirib.

“Bəs onda niyə 2019-cu ildə yeni müdiriniz - Nikol Artsax Ermənistandır, nöqtə deyirdi? Onun kimi insanlar Nikoldan daha təhlükəlidirlər. Nikol yarı savadlıdır və onun kimilər yeni sahiblər adına bilərəkdən alçaqlıq etməyə hazırdırlar. Ayıb olsun sənə, Vahan Xaçatryan, artıq Xaçaturyansan. Soyadınızla yanaşı, siz öz dəyərlərinizi və prinsiplərinizi dəyişmisiniz”, - deyə E.Şarmazanov yazıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR