İnsanlara hürriyət, millətlərə istiqlal!

Şarl Mişelin sözləri onu özündən çıxardı

Avropa Şurasının rəhbəri Şarl Mişel Avropa Komissiyasının (AK) rəhbəri Ursula fon der Leyenin xarici siyasət təşəbbüslərini tənqid edib.

Musavat.com xəbər verir ki, bu barədə Almaniyanın “Der Spiegel” jurnalı məlumat yayıb.

Mişel jurnala müsahibəsində Tunislə miqrasiya müqaviləsini misal gətirərək fon der Leyeni səlahiyyətlərini aşmaqda ittiham edib. Onun sözlərinə görə, AK rəhbəri bunu Niderlandın baş naziri Mark Rutte və İtaliyanın baş naziri Corcia Meloni ilə birlikdə imzalayıb, lakin Aİ Şurası qərardan “uzaq qalıb”. Avropa komissiyasının sözçüsü Arianna Podesta Şarl Mişelin sözlərini “qismən yalan” adlandırıb.

“Spiegel”in qeyd etdiyi kimi, fon der Leyeni səlahiyyətlərini aşmaqda ittiham edən Mişel Ukraynanın 2030-cu ilə qədər Aİ-yə daxil olması perspektivindən danışanda da eyni tənqidləri ifadə edib. Onun Ukrayna ilə bağlı sözləri isə Ursula fon der Leyeni özündən çıxarıb.

“Der Spiegel” Avropa Şurasının rəhbəri ilə AK rəhbəri arasındakı münaqişəni “hakimiyyət uğrunda qəribə mübarizə” adlandırıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Noyabr 2024

29 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR