İnsanlara hürriyət, millətlərə istiqlal!

İranın İsrailə qarşı yeni zərbə dalğası sübhədək davam edəcək

Musavat.com xəbər verir ki, İran İsrailə qarşı hərbi əməliyyatlarını genişləndirir.

“NourNews” agentliyi İnqilab Keşikçiləri Korpusunun (SEPAH/KİRP) nümayəndəsi Əli Məhəmməd Nainiyə istinadən bildirib ki, Tehranın raket və pilotsuz zərbələri yeni mərhələyə keçib və hücumlar sübhə qədər davam edəcək.

Mənbə qeyd edib ki, bu, İranın "qətiyyətli cavab strategiyası"nın bir hissəsidir və İsrailin regionda həyata keçirdiyi əməliyyatlara qarşı yönəlib.

Hazırda regionda hava həyəcan siqnalları səslənir, İsrailin bir sıra şəhərlərində fövqəladə vəziyyət rejimi tətbiq olunub. İran tərəfi hücumların koordinasiyalı şəkildə davam etdiriləcəyini bəyan edib.

Gözləntilərə görə, yaxın saatlarda hücumların miqyası daha da genişlənə bilər. 

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

17 Iyun 2025

16 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR