Onlayn ictimai-siyasi qəzet
ABŞ Prezidenti Donald Tramp yaxın günlərdə İrana “son fürsət təklifi”ni açıqlamağa hazırlaşır.
Musavat.com xəbər verir ki, “The Jerusalem Post”un məlumatına görə, bu təklif əvvəlki variantlarla müqayisədə müəyyən güzəştlər ehtiva edə bilər, lakin əsas şərt dəyişməz olaraq qalır: İran zənginləşdirilmiş uran istehsalını tamamilə dayandırmalıdır.
Tramp administrasiyası hesab edir ki, bu, diplomatik çıxış üçün son cəhddir. Prezident Tramp bildirib ki, İran bu təklifi qəbul etməzsə, bölgədə daha genişmiqyaslı hərbi gərginlik başlaya bilər:
“Biz İrana yetərincə şans verdik. Əgər bu dəfə də diplomatik qapıdan keçməsələr, bu, abdallıq olacaq, nəticələr isə İran üçün faciəvi ola bilər”.
Mənbələrə görə, təklif paketində müəyyən iqtisadi güzəştlər və sanksiyaların yumşaldılması da nəzərdə tutulur, lakin bunun üçün Tehran dərhal uran proqramını dayandırmalı və Beynəlxalq Atom Enerjisi Agentliyinə tam şəffaflıqla əməkdaşlıq etməlidir.
Prezident Tramp bildirib ki, ABŞ-ın bu təklifi masa üzərində saxlaması uzun çəkməyəcək. Əgər İran müsbət cavab verməzsə, hərbi-siyasi ssenarinin kəskin dəyişəcəyi istisna edilmir.
Musavat.com
17 Iyun 2025
16 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ