Onlayn ictimai-siyasi qəzet
Tehrandan kütləvi təxliyə davam edir – Paytaxtı tərk edənlərin sayı artır
Musavat.com xəbər verir ki, İsrailin hava hücumları təhlükəsi fonunda İranın paytaxtı Tehranda vəziyyət gərgin olaraq qalır. Yerli mənbələrin məlumatına görə, şəhərdən kütləvi təxliyə prosesi davam edir.
Sadə vətəndaşlarla yanaşı hökumət qurumlarında çalışanlar, diplomatik nümayəndəliklər və ailələr şəhəri tərk edir. Magistral yollar və nəqliyyat çıxışlarında sıxlıq müşahidə olunur. Bəzi bölgələrdə fövqəladə rejim tətbiq olunub.
Rəsmilər təhlükəsizlik tədbirlərinin gücləndirildiyini bildirsələr də, yerli əhali mümkün yeni hücumlar qorxusu ilə şəhəri tərk etməkdə davam edir. Tehranda fəaliyyət göstərən bəzi müəssisə və məktəblər müvəqqəti bağlanıb.
Musavat.com
17 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ