Onlayn ictimai-siyasi qəzet
İsrail və İran arasında son hərbi qarşıdurmalar regionu yeni bir geosiyasi qütbləşməyə aparır. Musavat.com yazır ki, raketlər, dronlar və xüsusi əməliyyatlar səviyyəsində baş verən bu savaş yalnız iki dövlət arasında deyil, bütün Yaxın Şərqin gələcəyinə təsir edən çoxvektorlu bir müharibədir.
İndiki mərhələdə əsas sual budur: kim daha güclüdür – texnoloji baxımdan inkişaf etmiş İsrail ordusumu, yoxsa insan resursu və raket arsenalı ilə zəngin İranmı?
Say yoxsa keyfiyyət: orduların ümumi gücü
İsrail Silahlı Qüvvələri (IDF)
İran Silahlı Qüvvələri + SEPAH
Hava və raket gücü: kimin əli daha uzağa çatır?
İsrail keyfiyyət baxımından texnoloji gücə sahibdir – F-35-lər, dəqiq silahlar və tam inteqrasiya olunmuş müdafiə şəbəkəsi ilə. İran isə kvant gücü ilə (say və bölgəyə yayılmış arsenal) balans yaradır. SEPAH-ın proksi qüvvələri – Hizbullah, HƏMAS, Həşdi Şabi – bu balansı çox cəbhəli qarşıdurmaya çevirir.
Strateji üstünlük: kim qabaqda dayanır?
İran ordusunda azərbaycanlı zabitlərin rolu
İran ordusu təkcə farslardan ibarət deyil. Azərbaycanlılar İranın hərbi elitasında əhəmiyyətli yer tutur. SEPAH daxilində, xüsusilə ordu və kəşfiyyat strukturlarında, orta və yüksək vəzifəli komandir heyətində çox sayda azərbaycanlı zabit fəaliyyət göstərir. Mərhum general Məhəmməd Hüseyn Baqiri (İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi) bunun ən bariz nümunəsidir.
Azərbaycan bu oyunda passiv müşahidəçi deyil. Regional güc mərkəzi olmaq istəyən Bakı, öz diplomatik manevrləri ilə həm balansı qorumalı, həm də Cənubi Azərbaycanın gələcək taleyini diqqətdə saxlamalıdır.
Musavat.com
16 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ